Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti Erdem Çakarı Azərbaycan üzrə menecer təyin edib.
Erdem Çakar böyük təcrübəsi sayəsində “Mastercard”ın Azərbaycanda strateji inkişafı, şirkətin biznes və əhəmiyyətinin artması istiqamətində çalışacaq.
Erdem Çakar “Mastercard Turkey”də 2009-cu ildən çalışaraq əsasən hesabların idarə edilməsinə və məhsulların keyfiyyətinə cavabdeh idi.Hazırda o, emitent və ekvayer bankların qüvvədə olan modelləri, pərakəndə və elektron ticarət satıcıları, həmçinin Avropa mobil şəbəkə operatorları ilə çoxillik iş təcrübəsini Azərbaycanda istifadə etməyə olduqca həvəslidir.
“Azərbaycanda “Mastercard”ın biznesinə rəhbərlik etmək imkanına çox şadam. Biz Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və “Mastercard”ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istəyirik”, – deyə “Mastercard”ın yerli bazarda uzunmüddətli öhdəliklərini vurğulayan Erdem Çakar bildirib.
Azərbaycan Mərkəzi Bank ilə birgə hazırlanan “Nağdsız Azərbaycan yolunda” layihəsi, “Priceless Special” platformasının işə salınması, ASAN “İnnovasiyalar mərkəzi” ilə maliyyə savadlılığı proqramının təşəbbüsü və şirkətin Bakı ofisinin açılması kimi bir sıra uğurlu layihə həyata keçirdikdən sonra “Mastercard”ın Azərbaycan üzrə keçmiş meneceri Alper Meriç iqtisadiyyatı çox sürətlə inkişaf edən bazarlarda loyallıq və müəssisələrin strateji təhlükəsizliyi istiqamətlərinin başçısı təyin edilib.O, yeni vəzifəsində“Mastercard” üçün qiymətli olan loyallıq və təhlükəsizliyin təmin olunması üzrə məhsul və xidmətlərin hazırlanmasında fokuslaşaraq15 ölkəyə cavabdeh olacaq.
Frame.az