EventsFinansIqtisadiyyatMobil dünyaTəqdimat

Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib

“GƏLƏCƏK İNDİDİR”

Mastercard nağdsız ödənişlərin beynəlxalq və Azərbaycandakı təkamülünü davam etdirir

Rəqəmsal transformasiya həyatın bütün aspektləri üçün dünya miqyasında bir hekayəyə çevrilib. Azərbaycan sürətli rəqəmsallaşma prosesində nümunələrdən biri kimi çıxış edir. Nağdsız Azərbaycan – bir neçə il əvvəl başladılan bu proqram indi daha irimiqyaslı bir hərəkata çevrilib.

Mastercard ölkənin ödəniş sahəsindəki rəqəmsallaşmaya və alış-veriş təcrübəsinin inqilabi dəyişikliyinə rəhbərlik edir.

Bugün təhlükəsizlik və məxfiliyə əlavə olaraq, rəqəmsal ödənişlər maliyyə proseslərini asanlaşdırır, şəffaflıq yaradır və ölkə iqtisadiyyatını başqa bir səviyyəyə daşıyır.

Təmassız ödənişlər texnologiyaya olan inamın artması fonunda Azərbaycanda getdikcə daha da populyarlaşır.

Erdem Çakar, Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri bildirib ki, təmassız ödənişlərin həcmi artıb. Nağdsız Azərbaycan proqramı başlayandan ödəniş kartlarının sayı iki dəfə çoxalıb. “Azərbaycanı nağdsız gələcəyə aparmaqda qərarlıyıq. Buna görə də bütün layihə və planlarımız Rəqəmsal və Nağsız Gələcək üçün infrastruktur yaratmağa xidmət edir. Pandemiya ərzində ölkədə bir neçə layihə həyata keçirdik, hansı ki, nağdsız ödənişlərin sayında artımla nəticələndi və son istifadəçilər arasında məlumat səviyyəsini və etibarı yüksəltdi. Daxili POS -terminallardan istifadənin beş dəfə atması nəticəsində onların dövriyyəsi  2 milyard manatdan 10 milyard manata çatdı, e-ticarətin payı isə 15%-dən 30%-ə yüksəldi.Bu ikiqat artım 4 il ərzində e-ticarət həcmində 10 qat artım deməkdir. Pandemiyanın gəlişi ilə təmassız ödənişlər dar çevrədə istifadə edilən ödəniş üsulundan əksər istifadəçilərin üstünlük verdiyi ödəniş üsuluna çevrildi”, -Erdem Çakar deyib.

“Son 50 ili müqayisə etsək, növbəti 5 il daha çox dəyişiklik vəd edir. Belə ki, 2025-ci ildə mobil internet istifadəçilərinin sayının 5 milyarda çatacağı gözlənilir, hər bir istifadəçinin payına 4.4 cihaz düşəcək, mobil telefondan istifadə müddəti gündəlik 3.6 saat olacaq, evlərdəki ağıllı cihazların sayı 5.4 milyarda çatacaq və ümumilikdə cihazların sayı 25 milyard civarında olacaq. Rusiya, Gürcüstan və Belarus kimi qonşu ölkələrdə edilən hər iki ödənişdən biri mobil cihazlar vasitəsilə təmassız formada edilir. Daha yüksək təmassız mobil cihaz nüfuzetməsi olan ölkələrdə isə ümumi təmassız ödəniş qəbulu 90 faizə çatıb. Deməliyəm ki, Azərbaycandakı POS cihazların 80%-i təmassız ödənişləri qəbul edir və indi smartfonlarda POS cihazıdır. Şamaxıda başladığımız layihədə olduğu kimi, smartfonlar nəqliyyat kartlarına çevriləcək”, -Mastercard-ın Avropa bazarları regionunda biznesin inkişafı və kiber təhlükəsizlik üzrə vitse-prezidenti Hakan Tatlıcı bildirib.

Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib. Bu həll müştəriləri daha təhlükəsiz, daha etibarlı və xüsusi ödəniş seçimləri ilə təmin edir, yəni onları bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuş və ya nağd pul mübadiləsi kimi əməliyyatlardan azad edir. Müştərinin ödəniş etməsi üçün iPhone smartfonunuvə ya iWatch ağıllı saatını terminala yaxınlaşdırmaq kifayətdir.

Apple Pay Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Respublika və Unibank-da mövcuddur. Bu banklar Mastercard kart sahiblərinə öz kartlarını Apple Pay-də tanıtmaq və istifadə etmək üçün üstünlüklər təqdim edəcək. Amma hər şeydən öncə biz, Mastercard olaraq müxtəlif kampaniyalarımız çərçivəsində kart istifadçilərimizə bonuslar verəcəyik: müştərilərimizMastercard-ı Apple Pay tətbiqinə əlavə edərəkmarket alış-verişlərində 5 AZN,  Azpetrol-da edilən 10 AZN-lik yanacaq ödənişində 2 AZNkəşbək qazanacaq, hər bir Apple Pay istifadəçisinə KFC restoranlarında etdiyi ödənişlərdə isə frenç frayz hədiyyə olunacaq. Tezliklə Cinema Plus-dan da faydalı təkliflərimizgözlənilir.

Mastercard-ı Apple Pay tətbiqinə əlavə edin və kəşbəklər, çoxlu bonuslar və hədiyyələr qazanın.

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!