Site icon Frame.az

Mastercard kart sahibləri üçün yeni səhayət üstünlükləri təqdim edir

Azərbaycan Panorama Travel Solutions-a məxsus eksklyuziv yeni hotel rezervasiyası platforması HotelHub Travel-dən istifadə edəcək ilk ölkədir

Mastercard eksklyuziv olaraq Azərbaycandakı Mastercard istifadəçiləri üçün yeni bonus – pulsuz otel rezervazisyası platforması olan HotelHub Travel -i ( www.hotelhubtravel.com ) təqdim edib.

HotelHub vasitəsilə indi Mastercard və Maestro kartı sahibləri öz kartları ilə rezervasiya edərkən dünya üzrə 600,000 mindən çox hotel və sanatoriyalardakı endirimli qiymətlərə anında giriş əldə edə bilərlər. Hazırda ingilis, azərbaycan, rus və türk dillərində mövcud olan, istifadəçi yönümlü, SSL şifrəli platforma kart sahiblərinə HotelHub-ın etibarlı qlobal qonaqlama şəbəkəsi üzrə ən yaxşı mövcud onlayn qiymət təklifləri verərək rezervasiya təcrübəsini sadələşdirir.

“Mastercard-la tərəfdaşlıq çərçivəsində Azərbaycandakı kart sahibləri üçün HotelHub Travel xidmətini işə salmaqdan məmnunuq. Mastercard bu xidməti bütün dünya üzrə kart sahibləri üçün əlçatan etməzdən öncə, hotel xərclərinə qənaət etmək imtiyazından zövq almaq imkanını ilk olaraq Azərbaycan üçün yaradır”, – deyə Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Erdem Çakar bildirib. “Kart sahiblərinə yüksək qiymət verməklə yanaşı, HotelHub Travel həm də öz kart sahibləri arasında sadiqliyi təşviq etmək və gücləndirmək üçün istifadə edilə biləcək başqa bir emitent alətini də təklif edir.”

HotelHub Travel platforması Mastercard-la tərəfdaşlıq çərçivəsində dünya üzrə səyahət üzvlüyü proqramlarının hazırlanması və idarə olunması üzrə ixtisaslaşmış Panorama Travel Solutions tərəfindən hazırlanıb. Panorama Travel Solutions dünyanın aparıcı üzvlük və sərbəst səhayət şirkəti olan, 20-yə yaxın sanatoriya, səhayət klubu və həyat tərzi səhayət markasına malik Travel + Leisure Co. şirkətinin tərkib hissəsidir.

Növbəti addım olaraq tərəfdaşlar platformanı Türkiyə, Qazaxıstan, Gürcüstan da daxil olmaqla, Mastercard-ın EEMEA (Şərqi Avropa, Yaxın Şərq və Afrika) daxilində yeni regionlara daşımaq və onu one-stop-shop platformasına çevirmək üçün digər səyahət xidmətlərini də (aviabilet, dəniz gəzintisi, hava limanı transferi, avtomobil icarəsi, müxtəlif tədbirlər və ekskursiyalar) əlavə etmək istəyirlər.

Mastercard-ın tərəfdaşlığı ilə təqdim olunan HotelHub Travel haqqında daha ətraflı məlumatı buradan öyrənə bilərsiniz: www.hotelhubtravel.com .

 

Exit mobile version