“Mastercard Qlobal Risk Liderliyi” konfrasının nəticələrinə görə, istehlakçıların gözləntiləri dəyişib, yeni nəsil istehlakçılar bir məhsul və ya xidmət alarkən prosesin tez və asan olmasını istəyirlər.İstifadəçilərin rəqəmsal mühitdə həyata keçirdikləri əməliyyatların təhlükəsizliyinin məsuliyyətini də qurumlara yükləmə meylində olduğunu bildirən “Mastercard” yeni nəsil istehlakçıların bu tələblərini qarşılamaq üçün banklar və ödəniş qurumlarına yönəlmiş təhlükəsizlik həlləri yaradır.
Ödəmələrdə şəxsi məlumatlarla yanaşı təhlükəsizliyin təmin olunmasının ən vacib elementlərindən biri də şəxsiyyətin təsdiqlənməsidir. Qurumlar üçün də əməliyyatı həyata keçirənlə şəxsi məlumatları daxil edilən şəxsin eyni olmasını müəyyənləşdirə bilmək kritik əhəmiyyətə malikdir.
Rəqəmsal texnologiyanın ən çox tətbiq olunduğu sahələrdən biri olan ödəmələrdə istehlakçının etimadını qazanmaq nağdsız bir dünya yaratmaq üçün çox vacibdir.Bugünədək istifadə olunan və xatırlanması çətin olan şifrələrin yerini artıq “Mastercard”ın təklif etdiyi EMV çiplər və biometrik şəxsiyyət təsdiqləyicilər alır. Beləliklə, istifadəçinin şifrəsini daxil edərkən artıq “şifrəm başqasının əlinə keçər” deyə qorxusu aradan qalxır. İstehlakçılar selfie çəkərək, ürək döyüntüləri ilə və ya barmaq izləriylə əməliyyatı həyata keçirənin özləri olduğunu təsdiqləyə bilirlər. Bu məlumatların kopyalanmasının qarşısını almaq üçün “Mastercard”şirkəti “NuData” kimi qabaqcıl texnologiya şirkətləriylə çalışır və cinayətkarların şəxsə özəl məlumatlarını kopyalamasını önləyir.
“Mastercard”ın yeni nəsil şəxsiyyət doğrulamatexnikaları ilə yanaşı, görünməyən digər təhlükəsizlik sistemləri də mövcuddur. Süni intellekt texnologiyasından istifadə edərək hiyləli əməliyyatları müəyyənləşdirən və yanlış yerə keçərsiz sayılan əməliyyat ədədlərini azaldan “Decision Intelligence” həlli bunun ən bariz nümunələrindəndir. “Mastercard”ın bu yeni texnologiyası istehlakçının alış-veriş tarixçəsi, kartdan istifadə alışqanlıqları kimi şəxsə özəl və real-vaxt rejimində məlumatlara əsaslanaraq,qeyri-adi davranışlarda istifadəçini xəbərdar edir və həmin əməliyyatı keçərsiz hesab edir. “Decision Intelligence” həlli bu funksiyanı yerinə yetirmək üçün müştərinin seqmenti, risk profili, olduğu ərazi, alış-veriş edilən nöqtə, istifadə olunan cihaz məlumatları, alış-veriş saatı və növü kimi bir çox kriteryaları dəyərləndirir. Bu texnologiya ilə “Mastercard”bankları yüksək riskli kartlar mövzusunda sürətli şəkildə və hətta fırıldaqçılıq halı baş tutmadan xəbərdarlıq edir.
“Mastercard”ın yeni buraxdığı “Early Detection System” (Erkən Aşkarlama Sistemi) isə banklara və ödəniş qurumlarına kartların və hesabların təhlükəsizliyini təmin etmək üçün fırıldaqçılığı ilkin mərhələdə aşkarlama imkanı verir. “Mastercard”ın geniş şəbəkəsi ilə daxili və xarici resurslardan yararlanan sistem kartın və ya hesabın risk altında olduğunu aşkar etdiyi zaman dərhal bank və ödəniş qurumlarına bu riskin səviyəsini də göstərən bir bildiriş göndərir. Beləliklə, fırıldaqçılıq baş tutmadan əvvəl lazımi tədbirlərin görülməsi, bu cür halların qarşısını alınmasını təmin edir. “Mastercard” bu yeni sistemi sayəsində fırıldaqçılıq halını ənənəvi üsullarla müqayisədə 6-18 ay daha tez aşkarlaya bilir.
Şirkətlər, maliyyə qurumları və texnologiya şirkətləri nə qədər tədbirli olsalar da, bu sahədə dövlətlərə və istehlakçıların öz üzərlərinə də böyük məsuliyyət düşür. Dövlətlər tədbirlərini qanunvericilik vasitəsilə alarkən eyni zamanda istifadəçilərə dəhər hansı bir yerə şəxsi məlumatlarını daxil edərkən ehtiyatlı olmaq tövsiyə edilir.
Frame.az