ADA Universitetinin tələbələri xüsusi qayğıya ehtiyacı olan xanımlar və uşaqların valideynləri üçün şirniyyat bişirmək üzrə masterklass təşkil ediblər.
Ümumi 4 treninqdən ibarət olan bu masterklassda tanınmış şirniyyat ustası – Mətanət Hüseynova öz sənətinin sirlərini bu xanımlara təmənnasız şəkildə öyrədib.
Masterklasslardan biri Ooh-La-La anticafe, digər 3-ü isə Ladyland Cafe’də həyata keçirilib.
Sonda iştirakçılar sertifikatlar və kiçik hədiyyələrlə təltif olunublar.
Layihənin informasiya dəstəyi Frame.az