Site icon Frame.az

MC&S-in media monitorinq qrupu avqust ayı üzrə məlumatların hesabatına yekun vurub

MC&S-in media monitorinq qrupu  01-31 avqust 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  600 on-line media daxil olmaqla  665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.  Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların ilk beşliyini təqdim edirik.  Beləliklə:

Mobil operatorlar:

Azercell 982

Bakcell 743

Nar Mobile 691

Banklar:

ABB  694

Kapital Bank  657

Paşa Bank     515

Accessbank   406

Unibank        394

Hotellər

Landmark     83

Qafqaz          60

Hilton           49

JW Marriott Absheron       41

Boulevard Hotel Baku       37

Universitetlər:

BDU   701

ATU    593

ADA   475

UNEC 472

DIA    230

 Sığorta şirkətləri

Atəşgah        136

PAŞA         79

PAŞA Həyat  66

Qala  65

Atəşgah həyat 54

 Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər  office@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.

Frame.az

Exit mobile version