Məqsəd:
• Sağlam Həyat Tərzinin Təşfiq Edilməsi
• İctimaiyyətin Maarifləndirilməsi Və Cəmiyyətin Bu İdman Növünə Marağının Artırılması
• Bu Sahədə Ölkənin İdman Tarixinin Araşdırılmasına Dəstək Verilməsi Və İrsiliyin Təbliğ Edilməsi
• Ölkəmizdə Yelkənli İdmanın İnkişafına Tövhə Verilməsi
Müsabiqənin Şərtləri:
• İştirakçılar Jurnalistlər, Bloggerlər, Videoqraf Və Fotoqraflar, Jurnalistika Sahəsində Təhsil Alan Tələbələr;
• Müsabiqəyə Orijinal Müəllif Məqalələri, Foto-Reportajlar Və Ya Sujetləri Təqdim Edilməlidir;
• Məqalələr 1 Nüsxədə Olmaqla, İştirakçı Haqqında Qısa Məlumat Göstərilməklə (Soyadı, Adı Və Atasının Adı, İşlədiyi Və Ya Oxuduğu Təşkilatın Adı, Vəzifəsi, Dərərcəsi, Əıaqə Telefonu) Təqdim Olunmalıdır;
• Məqalələr Elektron Poçt Vasitəsilə Microsoft Word Formatında Times New Roman 12pt Şrifti İlə Yazılmalı Və Sətirlərin Arasında İkiqat Məsafə Qoyulmalıdır. Hər Səhifə Ayrı-ayrı Nömrələnərək Göndərilməlidir;
• Tele-Radio Sujetləri CD Və YA DVD-də (Radio Sujetləri Üçün Yazılı Stenoqram Da Əlavə Etməklə) Təqdim Edilməlidir;
• Məqalələr, Foto-Reportajlar Və Sujetlər Azərbaycan Və Rus Dilində Ola Bilər;
• Müəlliflər Öz Məqalələrini, Məqalələrin Müsabiqəyə Təqdim Olunması Dönəmi İçində (9 Sentyabr – 5 Dekabr)
Müvafiq Media Vasitələrində Dərc Etməlidirlər Və Hansı Müsabiqə Üçün Ərsəyə Gətirdiyi Qeyd Olunmalıdır.
• Məqalələr, Foto-Reportajlar Və Ya Tele-Radio Sujetləri 5 Dekabr 2016-cı İl Tarixinədək Azərbaycan Yelkənli
İdman Federasiyasına (SFA) Təqdim Edilməli Və Ya MUSABIQE@SAILING.AZ Elektron Poçt Ünvanına Göndərilməlidir.
Vaxt Planı:
• Müsabiqənin Elan Olunması: 9 Sentyabr, 2016-cı İl
• Məqalələrin KİV-lərdə Dərc Edilərək Müsabiqəyə Təqdim Olunması: 5 Dekabr, 2016-cı İl Tarixinədək
• Məqalələrin Qiymətləndirilməsi: 25 Dekabr, 2016-cı İl Tarixinədək
Mükafat Fondu:
• Tele-Radio Sujeti Üzrə: 1000 AZN
• Məqalə Üzrə: 1000 AZN
• Foto-Reportaj: 1000 AZN
musabiqe@sailing.az
+99412 404 75 87
+99450 254 55 11
Frame.az