“Media Təhlil Mərkəzi” “COVİD-19” əleyhinə peyvəndlə bağlı ictimaiyyətin rəyini öyrənib

“Media Təhlil Mərkəzi” keçirdiyi növbəti sorğunun nəticələrini açıqlayıb.  Mərkəz “COVİD-19” əleyhinə peyvəndlə bağlı ictimaiyyətin rəyini öyrənmək üçün sorğu keçirib.

Frame.az sorğunun nəticələrinə əsasən bildirir ki, sorğuda iştirak edən 780 respondentin (43,1% qadın, 56,9%-kişi) 39,5%-i qısa müddət ərzində peyvənd olunmaq istədiyini, 16,5%-i peyvənd olunmaq istəmədiyini, 44%-i isə peyvənd olunanların reaksiyasını gözlədiyini bildirib.

Peyvənd olunmaq istəməyənlərin 44%-i qadın, 35%-i isə kişidir.

Vaksinasiyadan keçmək istəyənlərin 53%-i istehsalçı ölkəyə böyük əhəmiyyət verdiklərini, 15,3%-i isə vaksinin hansı ölkədə istehsal olunmasına əhəmiyyət vermədiyini deyib.

Sorğuda iştirak edənlərin 31,7%-i isə dövlət tərəfindən alınan vaksinə etibar etdiyini qeyd edib.

Bundan başqa, rəy sorğusunda iştirak edən respondentlərin 53%-i “COVİD-19” virusuna yoluxma təhlükəsindən ehtiyat etdiyini, 22,3%-i virusdan qorxmadığını, 19,4%-i isə artıq virusa yoluxduğunu bildirib. 5,3% respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini etiraf edib.

Bu sorğu “Media Təhlil Mərkəzi” tərəfindən 22-27 yanvar tarixləri arasında  keçirilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: