IqtisadiyyatTurizmTəqdimat

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Agentlikdən bildirilib ki, Media Reyestrinə daxil edilmiş və ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə olunan sənədlər elektron formada “mib.media.gov.az” portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3 min manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur.

Müsabiqə barədə daha ətraflı məlumatı Agentliyin “media.gov.az” rəsmi internet saytından əldə edə bilərsiniz.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!