“Mercedes” yeni mövsüm üçün bolidini ictimaiyyətə təqdim edib

Formula 1-in aparıcı komandalarından olan “Mercedes” yeni mövsümdən əvvəl “F1 W13” adlı bolidini ictimaiyyətə təqdim edib.

Almaniya komandası yeni yarış ilində bolidində ənənəvi gümüşü boyaya üstünlük vermək qərarına gəlib. Yeni reqlamentə əsasən, yarış avtomobillərin görüntüləri və texniki keyfiyyətləri müəyyən dəyişikliklərə uğrayacaq.

“Mercedes” ötən mövsüm Mühəndislər Kubokunun qalibi olub.

Martdan start götürəcək çempionatda komandanın bolidlərini Luis Hamilton və Corc Rassell idarə edəcəklər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: