Baku City CircuitFormula 1IdmanƏn Son

“Mercedes”in pilotu Valtteri Bottas karyerasında beşinci qələbəsini Bakıda qazanıb

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi olan “Mercedes”in finlandiyalı pilotu Valtteri Bottas bu mövsüm ikinci dəfə finiş xəttinə birinci çatıb.

Frame.az xəbər verir ki, pilot cari mövsümdə ilk qələbəsini Avstraliya Qran-Prisində qazanıb.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisində qalibiyyət finlandiyalı pilotun karyerasında beşinci qələbəsi olub.

Xatırladaq ki, V.Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisində 51 dövrəni 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vuraraq qalib gəlib. Finlandiyalı pilot dörd mərhələnin yekununda 87 xalla pilotların mübarizəsinə liderlik edir. Onun komanda yoldaşı Luis Hamilton 86 xalla ikinci, “Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fettel isə 52 xalla üçüncüdür.

Konstruktorların yarışında isə “Mercedes” komandası 173 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 99, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 64 xalı var.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!