Site icon Frame.az

Meyvə və tərəvəzi bu yollarla təzə saxlayın

Bəzən soyuducunun ağzını açarkən xoşagəlməz hallarla rastlaşırıq. Qoyduğumuz tərəvəz və ya meyvələrin xarab olduğunu, qaraldığını, büzüşdüyünü görürük. Meyvə və tərəvəzlər düzgün şəraitdə saxlanılmadıqda xarab olurlar. Həmçinin onları soyuducuya qoymazdan əvvəl qətiyyən yumaq olmaz. Bundan əlavə bu məhsullar quru şəraitdə saxlanılmalıdır.
Bəzi meyvə və tərəvəzləri soyuduca saxlamaq olmaz. Onları yalnız otaq temperaturunda saxlamaq lazımdır. Doğranmış tərəvəzləri su ilə dolu olan bankaya yığıb saxlamaq lazımdır. Aşağıdakı fotolara diqqətlə baxın və məsləhətlərimizdən faydalanın.

Meyvələri, konteynerin içinə quru dəsmal və ya salfet qoymaqla saxlaya bilərsiniz.

 

Bibər, xiyar və pomidorlar otaq temperaturunda saxlanılmalıdır soyuducuda yox.

Bananın saplağına streç sarıyaraq xarab olmağının qarşısını ala bilərsiniz.

 

Doğranmış tərəvəzləri su ilə dolu olan bankaya yığıb saxlamaq lazımdır.

 

Göyərti, meyvə və tərəvəzlərin bəzilərini soyuducunun daha isti yerində saxlamaq lazımdır.

 

Bəzi meyvələri: banan, şaftalı, yemiş, armud, gavalı, manqo və həmçinin yanaşı saxlamaq olmaz.

 

Soğan və kartofu ayrı yeşiklərə yerləşdirin.

 

Soğan və sarımsaq daha çox qaranlığı sevir.

 

 

 

 

 

Exit mobile version