Mobil dünyaTəqdimat

“Microsoft” kiber təhlükələrə qarşı yeni alətlər təqdim edib

“Microsoft” korporasiyası məlumatları və korporativ şəbəkələri daha ciddimüasir təhlükələrdən qorumaq, eləcə də, əşyaların interneti (“InternetofThings” –IoT) cihazlarına yönəlmiş zərərverici proqram təminatının yeni növləri ilə mübarizə aparmaq məqsədilə yeni əqli alətlər hazırlayıb. “Microsoft”un məqsədi – buluddan son cihazadək kompleks müdafiəni təmin etmək üçün kibertəhlükəsizlik ekosistemini inkişaf etdirməkdir.:.

Yeni nəsil cihazlarının təhlükəsizliyini təmin etmək məqsədilə “Microsoft”–mikrokontrollerlər bazası əsasında “ağıllı” periferiyanın yüksək səviyyədə qorunan cihazları ilə həllərin yaradılması üçün bu sahədə ilk kompleks platforma olan “Azure Sphere”ni təqdim edir.Platformaya tamamilə yeni sinfə aid, əvvəlkindən 5 dəfə güclü olan mikrokontrollerlər,IoT sistemlərinin təhlükəsizliyini təmin etmək üçün xüsusi əməliyyat sistemi, həmçinin bütün “Azure Sfera” cihazları üçün “açar təslimi” bulud müdafiə xidməti daxildir. “Azure Sfera” sayəsində “Microsoft” korporasiyası “ağıllı” periferiya sərhədlərini genişləndirərək cihazların tamamilə yeni  kateqoriyalı cihazların məhsuldarlığını və təhlükəsizliyini təmin edir.

“Ötən ilin dağıdıcı kiberhücumları göstərdi ki, təhlükəsizlik təhdidləri inkişaf edirək daha da ciddi xarakter alır. Texnologiyalar sektoruinnovasiyalar vasitəsiləbu təhdidlərinönünə keçməsiüçün böyük səy göstərməlidir. Bugünkü addımlarnəinki buludda, eləcə də qlobal kompüter şəbəkələri sərhədlərində fəaliyyət göstərən milyardlarla yeni cihazlarda təhlükəsizlik sahəsində mühüm nailiyyətləri əlçatan edir”, – deyə “Microsoft”un prezidenti və baş hüquq məsləhətçisi Bred Smit bildirib.

Təhdidləri dərhal aşkar etmək və onlara operativ şəkildə reaksiya vermək üçün istifadə olunan əqli alətlər və məlumat bazaları müvafiq siqnalların əlavə edilməsi ilə təkmilləşdirilir. Maşın təlimi alətlərinin effektivliyi onların əldə etdiyi məlumatların keyfiyyətindən asılıdır. “Microsoft”un təhlükəsizlik həlləri “Microsoft Intelligent Security Graph”a daxil olan trilyon müxtəlif siqnalların emalınınnəticələrindən istifadə edir.

Təhlükəsizlik alətlərinin böyük hissəsi daha miqyaslı potensial təhdidin yalnız bir fraqmenti barədə məlumat verərək hücum barədə qərarı məhdud nöqteyi-nəzərdən qəbul edir.

“Intelligent Security Graph”daayrı-ayrı alətləri birləşdirməklə təhlükəsizlik üzrə mütəxəssislər məlumatların daha məzmunlu modellərini əldə edəcəklər ki, bu da təhdidlərin daha sürətlibir aşkar edilməsinə və onlara reaksiya göstərilməsinə imkan yaradacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!