Sessiya iclasında Nigar xanımın Ermənistanın əsassız iddialarına və digər məsələlərə dair fikirlər səsləndirib.
Hörmətli həmkarlar,
Silahlı münaqişələr ətraf mühitə zərərin mühüm səbəbi olaraq qalır, qida və su təhlükəsizliyinə, dolanışıq vasitələrinin və biomüxtəlifliyin itirilməsinə səbəb olur. Müharibələr ətraf mühitə dağıdıcı təsir göstərir. Biz Azərbaycanda təəssüf ki, bunu çox yaxşı bilirik. Ermənistanın işğalı nəticəsində Azərbaycanın şəhər və kəndləri dağıdılıb, bir sıra şəhərlər tamamilə yerlə-yeksan edilib, son daşına kimi sökülüb. Vaxtilə gözəl şəhər olan Ağdam, dağıntının miqyasına görə beynəlxalq media tərəfindən “Qafqazın Hiroşiması” adlandırılıb.
Zəngilan rayonunun nadir endemik meşələri işğalçılar tərəfindən qırılmış, Cəbrayıl və Füzuli rayonlarında suvarma sistemləri tamamilə məhv edilmiş, bulaqlar, quyular dağıdılmış, çaylar çirklənmiş, yüzlərlə kilometr Azərbaycan torpaqları səngərlərə, hərbi sığınacaqlara çevrilmişdir. İşğalın izləri hələ uzun illər hiss olunacaq. Ermənistanın işğalı Azərbaycanın ətraf mühitinə uzunmüddətli və geri dönməz ziyan vurub.
Uzun illər Azərbaycanın milli sərvətləri qeyri-qanuni şəkildə istismar olunurdu. Azərbaycanlı ekoloji fəalların öz torpaqlarında, Ermənistanı Qarabağın bir hissəsi ilə birləşdirən, Rusiya hərbçilərinin müvəqqəti nəzarəti altında olan və hələ də erməni işğalçı qüvvələrinin qalıqlarının gizləndiyi Laçın yolunda dinc etiraz aksiyası keçirmələrinin səbəblərindən biri də budur. Ekoloji fəallar regionda ekoloji monitorinqin aparılmasını və Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınmasını tələb edirlər.
BU ONLARIN HAQQIDIR.
Hörmətli həmkarlar,
Müharibənin bitməsindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq Azərbaycan ictimaiyyətini narahat edən mühüm suallar qalmaqdadır:
Niyə Ermənistan hələ də açıq şəkildə özünün marionet rejimini dəstəkləyir, o cümlədən mina, sursat göndərir, hərbçilərin maaşlarını maliyyələşdirir? Niyə Azərbaycanın təbii sərvətləri qanunsuz olaraq istismar olunur?
Davam edən etiraz aksiyasının ciddi səbəbləri var.
Üçtərəfli bəyanatda Laçın dəhlizi ilə bağlı ayrıca bənd var. Dəhlizin məqsədi müharibədən sonrakı dövründə insanların və malların keçidini təmin etməkdir.
Amma son 2 ildə bu yoldan erməni əsgərlərinin, hərbi ləvazimatların, o cümlədən mina və sursatların daşınması üçün geniş istifadə olunur. O, həmçinin Azərbaycanın təbii sərvətlərinin, metal filizinin və qızılının Qarabağdan Ermənistana qeyri-qanuni yolla, heç bir dövlət nəzarəti olmadan çıxarılmasında geniş istifadə olunub.
Ermənilərin nail olmağa çalışdığı məsələ isə saxta media hekayəsindən istifadə edərək, yenidən nəzarətsiz silah və silahlı şəxslərin əraziyə salınmasına, Qarabağdan qızıl və filiz daşınmasına başlamaqdır. Biz Azərbaycanda imzaladığımız beynəlxalq müqavilələrə hörmətlə yanaşırıq. Üçtərəfli Bəyanat da onlardan biridir. Lakin bizim qanunlarımıza zidd olaraq Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına, silah və ya hərbi vasitələrin nəzarətsiz ötürülməsinə və ya hər hansı digər oxşar əməllərə yol vermək öhdəliyimiz yoxdur. Çünki həm Laçın dəhlizi, həm də hazırda rus əsgərlərinin yerləşdiyi Qarabağ ərazisi Azərbaycan konstitusiyasının qüvvədə olmalıdığı olduğu Azərbaycan torpağıdır. Nə qədər tez bir o qədər yaxşıdır!
Hörmətli həmkarlar, bu mövzu vacibdir və mən məruzəçiyə bu məsələni gündəmə gətirdiyinə, tövsiyələr verdiyinə, görə təşəkkür etmək istəyirəm.