Site icon Frame.az

Millət vəkilliyinə namizəd seçiciləri ilə görüşüb

Millət vəkilliyinə namizədliyimi irəli sürdüyüm Yasamal rayonu 17 saylı 3-cü seçki dairəsindən olan seçicilərimlə geniş tərkibdə görüşüm baş tutdu.

 

Görüş zamanı ilk olaraq torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik.

 

Daha sonra seçicilərimə platformam çərçivəsində irəli sürdüyüm gələcək planlarım, hədəf və məqsədlərim haqqında geniş məlumat verdim. Həmçinin onları maraqlandıran sualları cavablandırdım, fikir və təkliflərini dinlədim, səlahiyyətlərim çərçivəsində dəstək göstərəcəyimi bildirdim.

 

Görüşdə iştirak edən xalq artistimiz, şəhid Rövşən Nuruzadənin atası Əli Nur və Yasamal Veteranlar Şurasının sədri Polkovnik Bəhram Şeydayev sakinləri seçki günü aktiv olmağa çağırdı.

Exit mobile version