“Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsəi çərçivəsində “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert keçirilmişdir.

Konsertdə Azərbaycan Respublikasının Xalq Artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və istedadlı gənclər – Həsənov Mirnofəl (tar), Yaqubzadə Ayxan (tar), Bağırlı Ayxan (tar), Axundzadə Şəhriyar (tar), Abdullazadə İkram (tar),Vəlizadə Nərmin (kamança), Kərimli Əli (qanun), Bayramlı Mehinbanu (qanun), Hacıyeva Ləman (qanun), Seydəliyeva Fatimə (qanun), Qənbərli Xədicə (qanun), Nağıyeva Aygün (qanun), Həsənli İnci (piano), Əliyeva Rövşanə (xanəndə) Üzeyir Hacıbəyli – “Koroğlu” operasından “Cəngi”, Süleyman Ələsgərov – “Şalaxo”, Hacı Xanməmmədov – Tar və Orkestr üçün 1 nömrəli konsert (II-III hissə), Süleyman Ələsgərov – “Vətənimdir”, Səid Rüstəmov – Tar və Xalq çalğı orkestri üçün konsert (I hissə), Hacı Xanməmmədov – “Aldatmayaq bir – birimizi”, Səid Rüstəmov “- Qaytağı”, Süleyman Ələsgərov – “Poema”, Vittorio Monti – “Çardaş”, Fikrət Əmirov – Elmira Nəzirova – Fortepiano və Orkestr üçün konsert (I hissə), Həsən Rzayev – “Çahargah rapsodiyası” kimi Azərbaycan və qərbi-avropa bəstəkarlarının əsərlərini səsləndirdilər.

Konsertdə çıxış edən solistlər Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq Gənclər Xalq Çalğı Alətləri Orkestrinin üzvləri, həmçinin Respublikamızın bölgələrindən olan tələbə və şagirdlər idi.

Onu da qeyd edək ki, “Gənclərə dəstək” layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadənin təşəbbüsü və Azərbaycan Respublkası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15 noyabr 2016-cı ildə yaradılmışdır. Layihənin ilk konserti “Multikulturalizm ili” çərçivəsində keçirilmişdir. “Gənclərə dəstək” layihəsi çərçivəsində konsertlər mütəmadi olaraq hər ay bir neçə dəfə həm Filarmoniya həm də Kamera və Orqan Musiqi Zalının səhnəsində keçirilir.

Bu günə qədər keçirilən konsertlərin hər biri geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edir və rəhbətini qazanir. Layihədə iştirak etmək üçün, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, A.Zeynallı adına Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, AMK tərkibində İncəsənət gimnaziyasının şagirdləri cəlb olunmuşdurlar. Layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!