Site icon Frame.az

Milli parkın ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb

Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Beyləqan rayon sakini Zülfüqar Cabbarov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Exit mobile version