FutbolIdman

Millimizin futbolçusu Ramil Şeydayev “Qarabağ”-da

Ağdamın “Qarabağ” komandası bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir. Komandamız millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

Frame.az xəbər verir ki, müqavilə ilə Türkiyənin “Trabzonspor” klubuna məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək.

İyirmi bir yaşlı hücumçu “Zenit” klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yay “Trabzonspor”a transfer olunan R.Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.

Qeyd edək ki, R.Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!