EventsMobil dünyaTəqdimat

MilliNet2023 müsabiqəsində resursların qeydiyyat müddəti uzadılıb

Milli İnternet Mükafatı – MilliNet Təşkilat Komitəsi müsabiqəyə təqdim edilən rəqəmsal resursların qeydiyyat müddətini noyabr ayının 20-dək  uzadıb.

Beləliklə, müsabiqəyə təqdim edilən resursların  qeydiyyatı 20 noyabr tarixdə saat 23.59-da başa çatacaq.
Bu müddətədək qeydiyyatdan keçənlər, lakin müxtəlif problemlər səbəbindən MilliNet TK tərəfindən  Müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddətində yenidən müraciət hüququnu özlərində saxlayırlar.

TK bildirir ki, Müsabiqəyə qatılmaqla bağlı Gözləmə rejimində  və Qeydiyyatından müvəqqəti imtina edilənlər 1-ci səsvermə prosesi başa çatan andan Müsabiqəyə buraxılmayacaq. 

MilliNet TK bildirir ki, Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək. 

1-ci mərhələ səsvermə prosesi  21 noyabr tarixdə başlanacaq və 1 dekabr tarixdə saat 00.00-da başa çatacaq.
1-ci mərhələ səsvermənin  nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar  müəyyən olunacaq. 

Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.

2-ci səsvermə prosesi 01 dekabr tarixdə  başlayacaq və 10 dekabr yekunlaşacaq.
Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı YEKUN TƏQDİMAT mərasiminin  dekabrın 2-ci ongünlüyündə  keçirilməsi nəzərdə tutulub.  

Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlaALVENTURESAzİnTelecom,  LenovoKATV1 və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUBAlas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODAYeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları TRİLOGYTechnote Media və Xəbərlər.az media resurslarıdır.


MilliNet Təşkilat Komitəsi
www.millinet.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!