Mingəçevir 2023, Lənkəran isə 2024-cü il üçün Gənclər paytaxtı seçilib

Yanvarın 19-da Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Nazirlikdən Frame.az-a bildirilib ki, iclasın gündəliyinə əsasən, nazirliyin 2023-cü il üçün perspektiv iş planı təsdiqlənib. Eyni zamanda, “Sabahın alimləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələsi, həmçinin Azərbaycan Respublikasının vahid idman təsnifatı müzakirə edilərək səsvermə ilə qəbul edilib.

İclasda Gənclər paytaxtının seçilməsi məsələsinə də baxılıb. Namizəd şəhərlərin təqdimatından sonra elektron səsvermə nəticəsində Mingəçevir şəhəri 2023-cü il, Lənkəran şəhəri isə 2024-cü il üçün Gənclər paytaxtı seçilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: