1930-cu illərdə qələmə alınan əsər gənc Azərbaycan ailəsinin həyatından bəhs edir. Filmdə bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ər arvadın maraqlı ünsiyyətindən bəhs olunur. Filmdə baş rolları Duyğu Dəvəli, Riad Abdul və əməkdar artist Gülşad Baxşıyeva ifa ediblər. Digər rollarda isə Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları çəkiliblər. Filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı Murad Muradlı, musiqi tərtibatçısı Elvin Musayev, prodüseri Azər Həsənovdur.

Qeyd edək ki film aprel ayında Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Səhiyyə Nazırliyi, Ailə Qadın Uşaq problemləri Dövlət Komitəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək 1-ci Gənc Ailələrin Forumunda təqdim olunacaq.

Film martın 19-da Pekində nümayiş olunacaq. Layihə “Grand Asian Films” Beynəlxalq film festivalında iki nominasiya üzrə iştirak edəcək.

Frame.az