EventsFestivallarTəqdimat

Möhtəşəm açıq hava festivalı – Sea Breeze Disko Gecəsi baş tutdu

Xəzər dənizinin sahilində yerləşən heyrətamiz Sea Breeze Resort-da Azərbaycanda ilk dəfə olaraq 80-cı illərin Avropa ulduzlarının iştirakı ilə möhtəşəm açıq hava festivalı- Sea Breeze Disko Gecəsi keçirilib.

20-ci əsrin sonlarında videomaqnitafonların hər yerdə sürətlə yayılması musiqi və kinoda video mədəniyyətini yüksəltdi.

Məhz bu dövürdə bir çox gənc müğənni minlərlə insanın kumirinə çevrildi.

1980-ci illər həqiqətən də moda, musiqi, kino və s. ilə bağlı hər şeydə inqilabi onillik idi.
Bu dövr bizi yeni musiqi üslubları və bu gün də populyar olan istedadlı pop artistləri ilə tanış etdi.
Təxminən qırx il keçsə də, onların mahnıları hələ də dünyada milyonlarla pərəstişkarı tərəfindən sevilir.
Bu ulduzlar həmişə gəncdir, canlı emosiyalar bəxş edir və müasir şou-biznesdə hələ də fəal iştirak edirlər.
Bu axşam əsl diskoteka əfsanələri Thomas Anders, Joy, Secret Service, Pupo, Boney M, Arabesque Sea Breeze Disco Night-da çıxış etdilər.
Açıq havada rəqs, sevimli musiqi, bol əyləncə gecə boyu Xəzərin sevimli sahilində davam etdi.
Ən parlaq hitlər  səsləndi, onların altında gənclər fəal şəkildə rəqs edib oxudular, yaşlı nəsil isə öz sevimli melodiyalarını yenidən zümzümə etməyə çalışaraq nostalji hisslərə qapıldı.
Gecənin aparıcıları Rahib Azəri, Leyla Quliyeva, Tural Əsədov və İlahə Şıxlinskaya olub.
Rəngarəng atəşfəşanlıqla bitən 80-ci illərin ulduzları ilə enerji dolu gün əsl bayram abu-havası yaradaraq, ömür boyu yaddaşlarda qalacaq!
 


 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!