FashionTəqdimat

Möhtəşəm başlanğıcın Möhtəşəm yekun nöqtəsi

11 Iyul 2019 – cu il tarixində Elektra Events Hall-da Elxan Paşayev-in təşkilatçılığı ilə Miss & Mister Grand Azerbaijan 2019 Milli Gözəllik/Model müsabiqəsinin möhtəşəm Final mərhələsi baş tutmuşdur.
Müsabiqənin General Sponsoru Toyota Bakı Mərkəzi , Baş Sponsoru isə Guis Baku brendidir.
9 xanım və 9 bəy finalist əsas nominasiyaların qazanılması uğrunda gərgin mübarizə aparıblar.
Üç əsas çıxış mərhələsi üzrə münsiflər heyətindən, müsabiqənin idarə heyətindən və əldə olunmuş biletlərdən topladıqları ballar əsasında qaliblərin adları müəyyən olunub.
Müsabiqənin peşəkar xoreoqrafı Nərminə Ramazanova, Aparıcı isə Elcan Rəhim olmuşdur.
Müsabiqə finalistləri tamaşaçılara bir neçə parlaq defile təqdim ediblər. Onlar eksklüziv dizayner geyimləri ilə podiuma çıxıblar.
Geyimlər gənc və peşəkar dizaynerlər Mədinə Əhmədova və Səhər Hüseynova tərəfindən hazırlanmışdır.
Yekunda finalist xanımlar ziyafət geyimlərində, bəylər isə ciddi kostyumlarda podiumda peyda olublar.
Təşkilatçılar müsabiqəni finalistlərin moda nümayişi ilə məhdudlaşdırmayıblar. Onlar kiçik viktorinalar da təşkil ediblər ki, finalistlər təsadüfi suallara cavab verərək öz bacarıqlarını nümayiş etdirsinlər.
Münsiflərin toplantısından və səslərin sayılmasından sonra əsas nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. Miss Grand Azerbaijan 2019 tituluna Rövşanə Süleymanova sahib olub. Mister Grand Azerbaijan 2019 Maarif Kərimli olub. 1st runner up Miss Grand Azerbaijan 2019 adını Jalə Həsənova qazanıb. 1st runner up Mister Grand Azerbaijan 2019 Zeynalabdin Xudiyev olub. Üçüncü yeri və 2nd runner up Miss Grand Azerbaijan 2019 adı Şəlalə Abdullayeva, 2nd runner up Mister Grand Azerbaijan 2019 adı isə Arslan Niyazi – yə verilib.
Digər iştirakçılar isə 3rd runner up, Miss/Mister Grand Photomodel 2019, Miss/Mister Grand Catwalk 2019, Miss/Mister Grand Physic 2019, Miss Grand Sharm 2019 və Mister Grand Style 2019 nominasiyalarında mükafatlar alıblar.
Gecənin qonaqlarına maraqlı musiqi proqramı təqdim edilib, müsabiqə After party Enerji Baku-da olmaqla qaynar diskoteka ilə başa çatıb.
Miss & Mister Grand Azərbaycan gözəllik müsabiqəsinin rəsmi info dəstəkçiləri – Day.az, Milli.az, Trend.az, Frame.az, Sputnik.az, Azernews.az və Mir tv-dir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!