EventsIqtisadiyyatTəqdimat

Möhtəşəm “Black Friday” günləri ən çox sevdiyiniz ticarət mərkəzlərində!

Bütün dünyada alış-veriş həvəskarlarının həyəcanla gözlədiyi “Black Friday” günlərinə saylı günlər qaldı. Ən çox sevdiyiniz ticarət mərkəzlərinin endirim günləri ilə bağlı xüsusi təklifləri var. 3 gün: 26, 27 və 28 noyabr tarixlərində baş tutacaq “Black Friday” alış-veriş günlərində mağazalar möhtəşəm endirimlər tətbiq edəcək, eləcə də, ticarət mərkəzləri 3 gün ərzində xüsusi əyləncəli proqramlarla ziyarətçilərini sevindirəcək.

Ölkənin ilk və ən çox ziyarət olunan ticarət mərkəzlərindən olan 28 Mall, ən böyük ticarət mərkəzi Gənclik Mall və uşaq və gənclərin ən çox sevdiyi Dəniz Mall ticarət və əyləncə mərkəzi 3 gün ərzində mağazaların təklif etdiyi endirim və aksiyalar, eləcə də xüsusi hazırlanmış əyləncə proqramları ilə ziyarətçilər üçün gözəl alış-veriş ab-havası yaradacaq.

Ölkənin lüks seqmentində ilk və tək ticarət mərkəzi olan Port Baku Mall da, bu il “Black Friday” həyəcanına qatılaraq, 3 gün ərzində ziyarətçiləri üçün xüsusi alış-veriş aurası yaradacaq. Əlavə olaraq, qonaqları bir sıra xoş sürprizlər gözləyir.

Gəncə və ətraf bölgələrin əhalisinin sevimli məkanı olan Gəncə Mall ticarət mərkəzi də, “Möhtəşəm Cümə” günləri çərçivəsində endirim, aksiya, viktorina və musiqi proqramı ilə qonaqlarının əhvalını yüksəldəcək.

Qeyd edək ki, endirim günlərində 28 Mall, Gənclik Mall, Dəniz Mall və Port Baku Mall saat 00:00;  Gəncə Mall isə saat 23:00-dək xidmət göstərəcək.

Sizi sərfəli qiymətlərlə alış-veriş etmək və əsl “Black Friday” həyəcanını yaşamaq üçün sizə ən yaxın ticarət mərkəzinə dəvət edirik!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!