Site icon Frame.az

“Monsterlər ailəsi” animasiya filmi tamaşaçılara təqdim ediləcək

“Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj edilən “Monsterlər ailəsi” animasiya filmi yanvarın 10-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində təqdim olunacaq.

Frame.az xəbər verir ki, dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

Animasiya filmini Vüsal Xaliqoğlu, Elşən Rüstəmov, Əlixan Rəcəbov, Rövşən Məmmədli və başqaları səsləndiriblər.

Cizgi filminin rejissoru Leopoldo Aguilardır.

Exit mobile version