Mörfi qanunları

Mörfi kimdir?

Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazlardan birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozub. Bu uğursuzluqdan sonra Edvard Mörfi öz qanunlarını yazmağa başlayıb.

Mörfinin əsas qanunları:

— Ayağınıza olan ayaqqabı dükandakı ən görkəmsiz ayaqqabıdır.
— İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.
— Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.
— Yarışda sürətli, döyüşdə qüvvətli olan həmişə qazanmır, amma sən yenə də onların tərəfini saxla.
— Dostlar gəlib-gedir, düşmənlərsə yığışıb qalır.
— Həll olunan hər problem yeni problemlər yaradır.
— Tunelin sonundakı işıq, gələn qatarın işıqları ola bilər.
— İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.
— Özündən daha çılğın biri ilə heç vaxt sevişmə.
— Dəqiqələrlə gözlədiyin avtobus siqaret yandıranda gəlib çıxır.
— Təmir vaxtı, mütləq əllərin yağlı olanda burnun qaşınır.
— Biz nə qədər oxusaq da, müəllim oxumadığımız yerdən sual verir.
— Axtardığımız şeyi ən axrıncı baxdığımız yerdən tapırıq.

— Yağlı çörək yerə düşsə, mütləq yağ olan tərəfi yerə dəyir
— İmtahanda 40 sualdan 35-ni öyrənmisənsə, sənə öyrənmədiyin suallar olan bilet düşəcək.
— Vitrində bəyəndiyiniz əşyanı sizdən əvvəlki alıcı alacaq.
— İtirdiyini sonuncu arxa cibindən tapacaqsan.
Mörfinin qızıl qaydası:
Qızıl kimdədirsə, qanunu da o yazır.

Müharibə üçün Mörfi qanunları

· Heç vaxt unutma ki, sənin silahın ən ucuz materiallardan hazırlanıb və lazımi anda o işləməyəcək.
· Əgər avtomatın çalışsa, onda güllən qurtaracaq.
· Güllən də qurtarmasa, görəcəksən ki, vurmağa heç kim yoxdur.
· Əgər hücum doğrudan da yaxşı gedirsə, deməli siz pusqudasınız.
· Qısa yol həmişə minalanmışdır.
· Səngərdə heç vaxt ateistə rast gəlməzsən.
· Düşmən gülləsindən də dəqiq yalnız dost gülləsidir.
· Etdiyin hər bir hərəkət səninçün ölümcül ola bilər, hətta heç nə etməməyin də.
· Sən fikirləşirsən ki, düşmən daha yaxşı silahlanıb, o isə sənin silahlarının daha üstün olduğunu düşünür, siz hər ikiniz haqlısınız.
· Zabitlərin lovğalıq dərəcəsi onların orduda tutduğu ierarxik rütbə ilə tərs mütənasibdir.
· Partlama müddəti 5 saniyə nəzərdə tutulmuş qumbaralar 3 saniyəyə partlayacaqlar.

Telefon qanunu — Telefon nömrəsini səhv yığan zaman, heç bir vaxt o nömrə məşğul göstərmir.
Bəhanə qanunu — Müdirinizə desəniz ki, gecikməyə səbəb maşının təkərinin partlaması idi, sabahısı günü təkər hökmən partlayacaq.
Riçard qanunu — Uzun müddət saxladığınız əşyanı atmaq olar. Hər hansı bir əşyanı atan kimi o sizə lazım olacaq.
Məktub qanunu — Zərfi möhürləyən andaca ağla yeni fikirlər gəlir.
Avtomobil tıxacı qanunu — Tıxacda olan zaman, olduğunuz xətti dəyişən kimi, əvvəl olduğunuz xətdə hərəkət başlayacaq.
Yer qanunu — Haraya getməyinizə baxmayaraq, «Sən burda nə gəzirsən» deyilir.
Nəticə qanunu — Kiməsə nəyinsə işləmədiyini göstərmək istəyən zaman, o həmişə işləyəcəkdir.
Kan aksiomu — Əgər başqa heç nə kömək eləmirsə, nəhayət, instruksiyanı oxuyun.
Məhsul qanunu — Nəhayət ki, ən çox xoşunuza gələn məhsul tapan kimi, onun istehsalı dayandırılacaq.
Görünmə qanunu — Sizi tanıyanın sizi görməsi ehtimalı heç kimin sizi görməməsini istədiyiniz zaman daha da çoxalır.
İnsan bədəni qanunu — Qaşınmanın intensivliyi oraya əlin rahat çatması ilə tərs mütənasibdi.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: