“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova tədbirlə bağlı bildirdi ki, “AtaTravel” MMC daim əməkdaşların müxtəlif təlimlərdə iştirakını təmin edir. Əməkdaşlar Azərbaycanının daxilində və xaricində keçirilən təlimlərdə iştirak edirlər.
“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.
Frame.az