CinemaEventsMədəniyyətTəqdimat

“Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan AzerNyuMedia Şirkətinin “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq. Mükafat il ərzində fəaliyyətində müasir audiovizual düşüncəsi ilə seçilən şəxslərə təqdim olunur.

Mükafat ilk dəfə 2019-cu ildə təqdim olunub. 2020-ci ildə mükafat Azərbaycanın inklüziv teatrı olan “Əsa” teatrı haqqında çəkilmiş “Döngə” sənədli filminin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevaya Bakı Qısa Filmlər Festivalı çərçivəsində təqdim olunub.

“Cinema Radio” Kino Radio Kanalının III “Müasir Audiovizual Baxış” Mükafatı 2021-ci ilin yekunlarına əsasən təqdim olunacaq. Tədbir 26 yanvar saat 16.00-da “CinemaPlus” kinoteatrlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında keçiriləcək. Təqdimetmə mərasimi Mədəniyyət Nazirliyi və “CinemaPlus”un dəstəyi ilə keçiriləcək. Mərasimdə, həmçinin, Azərbaycan filmlərindən “saundtreklər səslənəcək. Mərasimin sponsoru “Azman Holdinq” şirkətidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!