Site icon Frame.az

Muğam Mərkəzində növbəti xeyriyyə konserti – “Qəlbimin nəğmələri”

Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində müğənni Murad Sadıxın “Qəlbimin nəğmələri” adlı xeyriyyə konserti olacaq.

 

Frame.az xəbər verir ki, konsert proqramında müğənni ilə bərabər, səhnə dostları da çıxış edəcəklər.

 

Tədbirin aparıcısı Leyla Quliyeva ilə birlikdə Muğam Televiziya Müsabiqəsinin qalibi Pərviz Qasımov, pianoçu-bəstəkar Sevda Məmmədli, Milli Konservatoriyanın xalq çalğı alətləri orkestri, Cavad Tağızadə və kamera orkestri, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva konsert boyu gənc müğənni ilə birgə səhnəni bölüşəcəklər.

Exit mobile version