Ən mürəkkəb müdafiə sistemləri maliyyə təşkilatları, həmçinin, sənaye və telekommunikasiya kimisahələrində kritik infrastruktur obyektlərində istifadə olunmalıdır. Bunu “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov bildirib.
Onun sözlərinə görə, maliyyə təşkilatları digərlərindən fərqli olaraq daha çox hücuma məruz qalırlar, məhz ona görə onların ixtisaslaşdırılmış müdafiəyə daha çox ehtiyacları var. Kibertəhlükəsizliyin adaptiv strategiyası şirkətlərin etibarlı müdafiəsini təmin edəcək. Bu anlayış məqsədli hücumların müəyyənləşdirilməsini; iş yerləri, bankomat və terminalların müdafiəsini; bulud mühitlərinin kibertəhlükəsizliyini; təcrid edilmiş şəbəkələrə olan təhdidlərin analitikasını; fırıldaqçılıqdan müdafiəni və əməkdaşların təlimini özündə birləşdirir.
“Biz ölkənin bank sektoruna olan bir sıra hücumun araşdırmasında və dəfetməsində iştirak etmişik. Əksər hallarda məhz mürəkkəb münaqişələr səbəbindən Azərbaycan bankları özlərinin kibertəhlükəsizlik siyasətinə yenidən baxmağa başlayır, kompüterlərin müdafiəsi üzrə ən son həllərlə yanaşı, məqsədli hücumlardan “Kaspersky Anti Targeted Attack Platform” kimi kompleksli metodları tətbiq edirlər”, – deyə Müşviq Məmmədov bildirib.
Bundan başqa, son zamanlar əməkdaşlarının informasiya təhlükəsizliyi ilə bağlı davranış qaydalarının öyrənilməsi məsələsinə ciddi yanaşan yalnız maliyyə təşkilatları deyil: “Bu prosesdə bir çoxlarına şirkət əməkdaşlarının biliyini yoxlamaq üçün test qaydasında fişinq hücumları təşkil edən “Kaspersky Lab”ın həlləri kömək edir. Sözügedən prosedur oyun formasındadır, məhz buna görə dərin kompüter biliklərinə malik olmayan əməkdaşlar belə kibertəhlükəsizliyin nə olduğunu, onun əhəmiyyətini, özünü və işlədiyi şirkəti nə cür müdafiə etməyi asanlıqla anlayır. Əməkdaşlar tərəfindən onların ofisə gəldikdə kompüteri qoşan zaman üzərlərinə düşən məsuliyyətin dərk edilməsi olduqca vacibdir”.
“Kaspersky Anti Targeted Attack Platform” həlli – mürəkkəb təhdidlərin proaktiv müəyyənləşdirilməsi və kiberhücum risklərinin və onların dağıdıcı təsirinin nəticələrini minimuma endirilməsi üçün nəzərdə tutlmuş innovasiya platformasıdır. Maşın təliminin yeni texnologiyalarından və bulud infrastrukturundan təhdidlər barədə əldə olunan ən aktual məlumatlardan istifadə edərək sözügedən həll şirkətlərə etibardan salınmış sistemləri, məqsədli hücumları və mürəkkəb təhdidləri vaxtında müəyyənləşdirməyə kömək edir və qoruyur.