EventsMədəniyyətSərgi

“Mənim düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı  ilə “Nizami Gəncəvi İli”çərçivəsindəyay tətilindərəssamlıq istedadı olan uşaq və gənclərindiqqətini çəkən mənzərə, hadisə və əşyaların öz düşüncələri ilə təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə  elan olunmuş  “Mənim  düşüncəm-2021” adlı Respublika uşaq  yaradışılıq müsabiqəsi başa çatmışdır.

Müsabiqəyəölkəmizin müxtəlif güşələrindən və müxtəlif yaradıcılıq studiyalarından 1000-dən çox 21 yaşa qədər uşaq,yeniyetmə və gənc  əsər göndərmişdir.

İlkin nəticələrə Bakı Xətai Sənət Mərkəzi facebook qrupunda baxmaq olar və daha sonra yekun variantda onlayn sərgi və sərginin katoloqu, seçilənlərin sayı, ən fəal tədris mərkəzlərinin adları ilə birlikdə paylaşılacaq.

Nəzərinizə çatdıraq ki, seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük verilmiş, müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya və mövzu seçimi nəzərə alınmışdır.

Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn  və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində  xsm.2016@mail.ru  e-mail ünvanına müraciət  edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilərəsm çəkməklə özünü təsdiq edə bilər.

 Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Nəzərinizə çatdırırıq ki,  iştirakçılar  müsabiqəyə qatılmaq üçünBakı Xətai Sənət Mərkəzi facebook qrupuna (https://www.facebook.com/groups/144172178999749/?ref=share) əsərin fotosu ilə bərabər  adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsiniyerləşdirməklə qatılmışlar.

Qeyd:Tədbir “COVİD-19” infeksiyası ilə bağlı onlayn davam etdiriləcəkdir.

Mətbuat dəstəkçiləri: Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!