EventsMuğamMüsabiqələrMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Muğam- 2019” Televiziya Müsabiqəsi davam edir

2019- cu il martın 19-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən “Muğam – 2019” Televiziya Muğam Müsabiqəsinin  növbəti tədbiri keçirildi.

Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır.

Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər.

İlk dəfə 2005-ci ildə keçirilmiş  həm ölkəmizdə, həm də onun hüdudlarında  kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.

Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir.

Müsabiqənin başlanğıcında  Şuşa xanəndəlik məktəbinin parlaq nümayəndəsi Xan Şuşinskinin yaradıcılığına nəzər salınaraq  Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı dinlənildi.

Müsabiqə iştirakçılarını müşayiət edirdi:  tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, Udda İdris Hüseynov. Səhnəyə dəvət olunan  müsabiqənin ilk iştirakçısı Zaur Mürsəlov öz musiqi nömrəsini təqdim etdi. Daha sonra Mehranə Məmmədova, Faiq Əkbərov, Xəyal Hüseynov, Mehin Qarayeva, Hüseyn Səba, Tariyel Vəliyev, Qələm Qocamanova, Heyrat İbayev və İlahə Rüstəmova çıxış etdilər.

Müsabiqənin növbəti tədbiri martın 21 – də keçiriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!