“Music of Karabakh colors” adlı xeyriyyə konserti keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Music of Karabakh colors” adlı layihə təşkil olunub. Layihənin müəllifi “Simurq” festivalının art-direktoru, bir sıra beynəlxalq, eləcə də respublika müsabiqələri laureatı, istedadlı pianoçu və rəssam Səidə Tağızadədir.

Konsertdən əldə olunan vəsaitin bir hissəsinin “YAŞAT” Fonduna köçürülməsi nəzərdə tutulub. İki hissədən ibarət olan konsertin birinci hissəsində Azərbaycan bəstəkarlarının “Qarabağ” və “4 fəsil” mövzusunda kamera əsərləri səslənib. Konsertdə diqqəti çəkən məqam isə hər musiqi əsərinin obraz xəttinə tam cavab verən müəllifin hazırladığı videoçarxlar olub. İkinci hissədə isə həm şagirdlərin, həm də professional rəssamların əl işlərindən ibarət sərgi nümayiş olunub.

Qeyd edək ki, xeyriyyə konsertində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi də iştirak edib.

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: