Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək

Avqustun 17-də dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək yubiley tədbiri “Yaşıl Teatr” Bakı Konsert Kompleksində olacaq.

Tədbirdə Azərbaycanın Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Emin, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstanın Xalq artisti Askar Abdrazakov, Gürcüstanın Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor, dünyaşöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar çıxış edəcəklər. Yubiley gecəsində Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: