Mobil dünyaTəqdimat

Müştəri məmnuniyyəti istiqamətində Azercell-dən yeniliklər

“Azercell Telekom” MMC abunəçilərini innovativ xidmətlər və maraqlı məzmun təklifləri ilə təmin etməklə yanaşı, mütəmadi olaraq müştəri məmnuniyyətinin artırılması istiqamətində müvafiq layihələr həyata keçirir.

Daima istifadəçilərinin istəklərini öndə tutan Azercell, bu dəfə 3-cü tərəf şirkətlər ilə əməkdaşlıq siyasətində bir sıra dəyişikliklər edib. Lider operator 3-cü tərəf şirkətlərin fəaliyyətinin keyfiyyət və şəffaflığını yoxlamaq məqsədilə mütəmadi şəkildə apardığı araşdırmaların nəticələrindən irəli gələrək, şirkətin tələblərini qarşılamayan bir sıra məzmun təminatçısı ilə əməkdaşlığa xitam verib.

Xatırladaq ki, hələ 2017-ci ilin oktyabr ayından başlayaraq, təsadüfi qoşulmaların qabağını almaq məqsədilə Azercell istifadəçiləri 3-cü tərəf şirkətlərin təqdim etdiyi müvafiq xidmətə abunə olmaq üçün ilk öncə “landing page” – xüsusi keçid səhifəsinə yönləndirilir və sorğularını mobil nömrələrini daxil edərək, təsdiqləyirlər. Bu il noyabr ayının 12-dən etibarən isə Azercell İnteraktiv Səsli Cavablama Xidməti (IVR) üzərindən nömrədə mövcud abunəlik xidmətləri haqqında məlumat almaq və onlardan imtina etmək mümkünlüyünü də təmin edəcək. Bunun üçün *1111 nömrəsinə zəng edərək, operator ilə əlaqə saxlamadan, “Abunəlik xidmətləri ilə bağlı” bölümü seçilməlidir.

“Azercell Telekom” MMC abunəçilərini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və onlara ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyərək, bu istiqamətdə fəaliyyətini tam gücü ilə davam etdirəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!