IqtisadiyyatSağlamlıqTəqdimatƏn SonƏn Son

Qeyri Hökumət Təşkilatları Pasient Hüquqlarına dair Bəyannaməni müzakirəyə çıxarıb

15 dekabr 2021-ci il tarixində Pasient Təşkilatları İttifaqının təşkitalçılığı ilə Pasient hüquqlarına dair dəyirmi masa keçirildi. Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil (Omudsman) Aparatının, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri, QHT rəhbərləri və tanınmış hüquqşünaslar iştirak etdilər.
Pasient Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov dəyirmi masada 27 yanvar 2021-ci il tarixində pasient təşkilatları tərəfindən qəbul edilən Pasient Hüquqlarına dair Bəyannaməni təqdim etdi və detallı şəkildə bəyannamənin bəndləri haqda məlumat verdi.
Ombudsman Aparatının hüqüqşunası Müqalib Mahmudov Bəyannamədə bir neçə dəyişikliklərin olunmasını qeyd edərək ümumilikdə Bəyannamənin vacibliyini bildirdi.
“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, hüqüqşunas Əliməmməd Nuriyev Azərbaycanda pasient hüquqlarına dair qanun mövcudluğuna ehtiyac olmasını xüsusən qeyd edərək, Bəyannamədə göstərilən maddələri qanunvericilikdə tətbiq edilməsinin vacibliyini vurğuladı.
Hüqüq elmləri üzrə professor Mayis Əliyev, Bəyannamənin tətbiq olunması həkim məsuliyyətinin artırılmasına səbəb olacağını bildirdi və Pasient Hüqüqlarına dair Bəyannaməni Milli Məclisə təqdim edilməsinin vacibliyini vurğuladı.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev sözü gedən Bəyannamənin Azərbaycan Qanunları çərçivəsində icra mexanizminin gücləndirilməsi böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
İcbari Tibbi Sığorta üzrə Agentliyinin hüquqşunası Lalə Kərimova təqdim edilən Bəyannaməni produktiv olduğunu bildirərək bu sahədə gələcəkdə birgə əməkdaşığın olmasını bildirdi.
Pasient Təşkilatları İttifaqının üzv təşkilatları “Biosfer” İctimai birliyinin sədri Qorxmaz İbrahimli, Azərbaycan Diabet Liqasinin sədri Yeganə Sultanova, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Gülnarə Hüseynova, Kistik Fibroz Xəstələrinə yardım İctimai Birliyinin sədri Səadət Bayramova, Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli Pasient Hüqüqlarına dair Bəyannamənin tətbiqinin vacibliyini vurğulayaraq bu sahədə birgə çalışacaqlarını qeyd etdilər.
Dəyirmi masanın sonunda Pasient Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov Bəyannamənin Milli Məclisə təqdim ediləcəyini və Qeyri Hökumət Pasient Təşkilatları, hüquqşunaslar və millət vəkilləri ilə birgə Pasient hüqüqlarına dair qanunların tətbiq edilməsini gündəmə qaldırılacağını vurğuladılar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!