Nəqliyyat Könüllüləri proqramına namizədlərin seçimi başlayıb

Bakı Nəqliyyat Agentliyinin sayca 4-cü “Nəqliyyat Könüllüləri” proqramında iştirak üçün müraciət edən namizədlərin seçiminə başlanılıb.

Proqrama müraciət edən 339 namizəd arasından 120 nəfəri müsahibə mərhələsinə seçilib. Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları, nəqliyyat sahəsinə olan maraqları qiymətləndirilib. Könüllü olmaq istəyən şəxslərin, əsasən, motivasiyası, bilik və bacarıqlarına xüsusi diqqət yetirilib, eləcə də dil bilikləri yoxlanılıb. Müsahibənin nəticələri barədə namizədlərə məlumat bildiriləcək.

Ölkə başçısının dövlət qurumlarına çağırışına əsasən, Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat Könüllüləri” proqramını müvəffəqiyyətlə həyata keçirir. Proqramın başlıca məqsədi Agentliyin Bakının mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaq, sərnişinləri və sakinləri maarifləndirməkdir.

Xatırladaq ki, 2021-ci ildə keçirilən könüllülük proqramı çərçivəsində 47 nəfər iştirak edib, 33 nəfər məzun adını qazanıb, 2 nəfər ilin könüllüsü seçilib, 4 nəfər isə Bakı Nəqliyyat Agentliyində işlə təmin olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!