Bizim AşpazLəzzətli Bölüm

Nəfis fransız şirniyyatı

Nəfis fransız şirniyyatı olan profiterol şirniyyatını hazırlamağa nə deyirsiniz?

Tərkibi:
– 125 qr marqarin (yarım paket)
– 3 ədəd yumurta
– 1 su bardağı su
– 1 su stəkanı un

Kremi üçün:
– 2,5 su stəkanı süd
– 1,5 çay stəkanı şəkər tozu
– 3 yemək qaşığı un
– 1 paket vanil

Sous üçün:
– 1 paket hazır şokolad sousu
– 2,5 su stəkanı süd

Hazırlanması:
Marqarin və suyu qazanda qaynadırıq marqarin əriyib su qaynayandan sonra üzərinə 1 su stəkanı unu ələyib tez tez qarışdırırıq. Xəmir qatılaşandan sonra 2-3 dəqiqə yenə qarışdırıb altını söndürüb xəmiri soyumağa qoyuruq.

Xəmir soyuduqdan sonra 1 ədəd yumurtamızı xəmirə sındırıb mikser vasitəsilə yumurtanı yaxşıca hopdururuq. Daha sonra 1 yumurta daha əlavə edib təkrar yumurtanı xəmirə hopdururuq. Eyni şəkildə son yumurtanı da etdikdən sonra əlimizə iki ədəd yemək qaşığı götürüb xəmirdən biraz alıb yağladığımız və ya yağlı kağız sərdiyimiz sini qaba iki qaşıq köməyi xəmirləri düzürük.

Bütün xəmiri bu şəkildə etdikdən sonra 180 dərəcə sobada qapağını heç açmadan xəmirlərimizi bişməyə qoyuruq. Onlar bişərkən kremi və şokolad sousumuzu hazırlayırıq.

Krem üçün bir qazanın içinə süd, şəkər, unu qoyub qarışdırırıq. Krem göz göz atmaya başladıqdan sonra altını söndürüb vanili əlavə edib təkrar qarışdırıb soyumağa qoyuruq.

Şokolad sousunu da hazırlayıb soyumağa qoyuruq. O arada qabaran və üzəriləri yüngül qızaran xəmirlərimizi sobadan çıxarırıq.

İlk istiliyi keçəndən sonra 1 bıçaq köməyi ilə qoparmadan ortadan ikiyə kəsib arasına yemək qaşığı ilə krem doldurub servis boşqabına tək tək düzürük.

Bütün xəmirləri bu şəkildə edib ən son profiterolların üzərinə şokolad sousu gəzdiririk.

Nuş olsun!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!