Sea Breeze ailəvi-istirahət mərkəzində açılmış “Walk of Fame”-da (“Ulduz xiyabanı”) Nani Breqvadzenin ṣərəfinə qoyulmuş “Ulduzun” açılış mərasimi baş tutdu. 87 yaşlı əfsanə açılış mərasimi ilə əlaqədar Azərbaycanın Xalq artisti və iş adamı Emin Aĝalarov tərəfindən Bakıya dəvət olunub.
Görüşdə Emin Aĝalarov xanım müĝənnini salamlayaraq ona olan hörmət və sevgisini ifadə etdi. Dedi ki, əgər Nani xanım qəbul etsə, gələn il onun solo konsertini də təşkil edəcək.
Tədbirlə bağlı təəssüratlarını bölüşən Nani Breqvadze Bakıda, “Şöhrət xiyabanında” onun şərəfimə “Ulduz” goyulmasından çox məmnun olduğunu dedi:
“Düzünü desəm, bu mənim üçün çox gözlənilməz oldu. Mən belə təntənəyə hazır deyildim”.
Xatırladaq ki, bir il əvvəl Emin Aĝalarovun təklifi ilə Nani Breqvadze və Emin görkəmli gürcü mügənnisi, Nani xanımın yaxın dostu, mərhum Vaxtanq Kikabidzenin repertuarından olan ən sevimli “”Çiçəklər ölkəsi” adlı mahnıya klip çəkdirmìşdilər. Yaxın dostunu yad edən Emin Aĝalarov bildirdi ki, bu “Şöhrət meydanında” mutləq Vaxtanq Kikabidzenin də ṣərəfinə “Ulduz” qoyulacaq.
Qeyd edək ki, tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Vaxtanq Kikabidzenin produsseri və yaxın dostu Soso Abzianidze, “Çiçəklər ölkəsi” klipinin rejissoru Zaza Oraşvili, Nani Breqvadzenin qızı, məhşur gürcü müĝənnisi Yekaterina Mamaladze, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşavirləri Cahangir Səlimxanov və Oleq Əmirbəyov, Azərbaycanın Xalq artisti, bəstəkar Fərhad Bədəlbəyli və musiqi produsseri Konstantin Nonikov kimi fəxri qonaqlar iştirak edirdi.