CinemaFestivallarTəqdimat

“Nar bağı” filmi beynəlxalq kinofestivallarda uğurla nümayiş olunur

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi beynəlxalq kinofestivallarda uğurla nümayiş olunur.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, film dekabrın 8-dən 15-dək 22-ci “Kerala” Beynəlxalq Film Festivalında mübarizəyə qatılacaq.

Qeyd edək ki, “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!