Qeyd edək ki, sərgi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə “Karyerada ilk addım” şüarı altında keçirilib. Sərginin keçirilməsinin əsas məqsədigənclərin məşğulluğunun artırılması, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaq, məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir.
Qeyd edək ki, gənclərə dəstək “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. “Nar” AzTU ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün “Mobil rabitənin əsasları” mövzusunda təlimlər keçirib. 2016-ci ildə Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıqmüqaviləsinə əsasən universitetdə “Nar” GSM laboratoriyası yaradılıb. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada tələbələr mobil rabitə üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanırlar.
Frame.az