Faydamız OlsunMəsləhətSağlamlıq

Narın 10 faydası

Bu məqalədə hamıya çox yaxşı tanış olan nar haqqında maraqlı məlumatları, onun orqanizmə olan 10 əsas faydaları barədə oxuya bilərsiniz.

1. Hemoqlobini artırır. Narın ən vacib özəlliyi anemiya ilə mübarizə aparmasıdır. Qan azlığında 2 ay müddətində gündə 3 dəfə olmaq şərtilə yeməyə 30 dəqiqə qalmış yarım stəkan nar şirəsi için.

2. Təzyiqi azaldır. Nar dənəcikləri hipertoniklərdə arterial təzyiqi aşağı salır. Dənəciklərdə olan tumcuqlar isə qurudulmuş halda çaya əlavə edilib qəbul edilərsə əsəb sistemini sakitləşdirər, həyəcandan azad olmağa və yuxunun yaxşılaşdırılmasına kömək edə bilər.

3. Hormonların aktivliyini artırır. Narın tumcuqlarında olan yağlar orqanizmdə hormonal balansı bərpa edirlər. Buna görə də nar dənəciklərini yeyərkən tumcuqları atmayın, onları da çeynəyib yemək lazımdır. Bu baş ağrıları olan insanlar üçün əvəzedilməz vasitədir.

4. Ağız boşluğu və boğazın dezinfeksiyası. Nar qabığının suda qaynadılaraq hazırlanmış həlimindən angina, faringit zamanı boğazın, qinqivit və stomatit zamanı isə ağız boşluğunun qarqarası üçün istifadə edilir. Aşılayıcı maddələr ağrını kəsir, orqanik turşular isə infeksiyanın qarşısını alır.

5. İnsulin əvəzedicisi. Nar diabetiklər üçün nəinki əlçatılan, həm də faydalıdır. Gündə 4 dəfə yeməkdən qabaq olmaqla 60 damcı sok qəbul edin. Artıq 3-cü gün qanda olan şəkərin miqdarı kifayət qədər azalacaq.

6. Radiasiya əleyhinə. Radioaktiv izotoplarla işləyən və ya yüksək radiasiya zonalarında iş görən insanlar üçün nar şirəsi çox faydalıdır.

7. Dəri problemləri üçün. Dəriniz yağlıdır? Sızanaqlardan əziyyət çəkirsiniz? O zaman narın azca qızardılmış qabığı ilə kərə və ya zeytun yağından ibarət bir maska hazırlayın. Onu soyuducuda saxlayın və həftədə 2 dəfədən çox olmayaraq dərinizə çəkin. Qurudulmuş qabıqdan hazırlanmış toz isə yanıqlar, çatlar və cızıqlar zamanı faydalıdır.

8. Bağırsaq qurdlarına qarşı. Yetişmiş nar qabığında alkaloidlərdən peltyerin, izopeltyerin və metilizopeltyerin var ki bunlar da bağırsaq qurdlarına qarşı öldürücü təsir göstərir. Bağırsaq qurdlarından xilas olmaq üçün, 40-50 qram xırda doğranmış qabığı 400 qram soyuq suda 6 saat ərzində dəmləyin, sonra isə aşağı odda qaynadın və bu prosesi mayenin yarısı buxarlananadək davam edin. Soyumuş həlimi bir saat ərzində balaca porsiyalarla için. Bir saat keçdikdən sonra rahatladıcı dərman için, 4-5 saat sonra isə imalə edin.

9. İshalın dayandırılması. Narın qabığı və dənəcikləri bərkidici xüsusiyyətə malikdir, buna görə də onlardan ishala qarşı istifadə etmək olur. Böyüklərə nar qabığını qurutmaq, xırda xırda doğramaq və gündə 3 dəfə yeməkdən sonra bir çimdik qəbul etmək lazımdır. Uşaqlara isə bu məqsədlə yarım su ilə qarışdırılmış yeni sıxılmış şirə verilir. Yoluxucu ishal zamanı nar qabığında olan polifenollar effektiv olaraq dizenteriya çöplərinin və digər törədici mikrobların sayını azaldır.

10. İltihaba qarşı. Müxtəlif iltihabi xəstəliklər zamanı (böyrəklərin, qaraciyərin, qulaqların, gözlərin, oynaqların və ginekoloji orqanların iltihabı) narın dərisindən hazırlanmış həlim kömək edir.

Maraqli.info

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!