Site icon Frame.az

“Naxçıvan Müqaviləsinin 15-ci İldönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə “Naxçıvan Müqaviləsinin 15-ci İldönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilir.

 

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin tərkibində olduğu nümayəndə heyəti öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

 

Daha sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar.

 

Qeyd edək ki, Muzeydə Ulu Öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən eksponatlar mühafizə olunur. Burada Ümummilli Liderin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, mühafizə olunur.

 

Exit mobile version