Frame.az-ın AzərTac-a istinadən məlumatına görə, yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgisini izləyib.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbov qeyd edib ki, Naxçıvanda göycənin iriliyinə, dadına və digər genetik xüsusiyyətlərinə görə 5-dən çox formasına rast gəlinir. Azərbaycan dilində yalnız Naxçıvan dialektinə məxsus “göycə” sözü göy-yaşıl mənası ilə bərabər, həm də yeni, təzə mənasında işlənilir ki, bu da yazda ilk yetişən faraş meyvə kimi Naxçıvan göycəsinə şamil olunur.
11 tondan çox göycənin gətirildiyi festivalda vətəndaşlara nümunəvi satış xidməti də təşkil olunub.