Cari ilin 18 fevral tarixində Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə mühazirə və ustad dərsləri təşkil olundu.
Çətən – eyni diametrli qamış və ya ağac çubuqlarından hazırlanır. Naxışlı çətənlər döşəməyə salınır, alaçıqdakı divarların bəzədilməsində, arakəsmə və pərdə kimi istifadə olunur. Dərslər Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tariyer Bəşirov tərəfindən keçirildi. Tariyer Bəşirov 33 ildir ki, xalçaçı-rəssam kimi fəaliyyət göstərir və bir sıra portret, tematik xalça və çətənlərin müəllifidir.
Ustad dərslərinin keçirilməsində məqsəd unudulmaqda olan texnologiyaları bərpa etmək, gənc nəsli maarifləndirmək və bu texnologiyaların nəsildən-nəsilə ötürülməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, ustad dərslər 19 fevral tarixində saat 12.00-da davam edəcək.
Daha ətraflı məlumat:
www.azcarpetmuseum.az
www.facebook.com/AzerbaycanXalcaMuzeyi/
Tel.(+99412) 497 20 16
Frame.az