“Neftçi İdman Klubu”nun 11 yaşadək futbolçulardan ibarət komandası AFFA-nın və “Leon” klubunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən “Baku Cup-2017” turnirində iştirak edib.
Frame.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi U-11 Liqasına hazırlıq məqsədi daşıyan turnirdə “Neftçi İdman Klubu” ilk görüşlərdə “Səbail”ə 8:1, “İnter”ə isə 5:2 hesabı ilə qalib gəlib. Sonrakı turlarda “Vətən”ə 2:5 məğlub olan komandamız “Leon”la heç-heçə edib – 1:1. Yarımfinalda “Qarabağ” komandasını 8:1 hesabı ilə məğlub edən “Neftçi İdman Klubu” finala yüksəlib. Bu mərhələdə “Vətən” klubu ilə üz-üzə gələn komanda 0:5 hesabı ilə məğlub olub və ikinci yeri tutub.