FutbolIdman

“Neftçi” Premyer Liqada növbəti nailiyyətini qazanıb

“Neftçi” klubu Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb.

Frame.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, bu, Premyer Liqada 2020-2021-ci il mövsümünün birinci turuna təsadüf edib. Öz meydanında “Səbail”ə 2:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi yubiley qələbəsinə sevinib.

1992-ci ildən keçirilən çempionatlardakı 250-ci uğur 394-cü matçda qeydə alınıb. Paytaxt təmsilçisi yarışın tarixində ən çox ev qələbəsi qazanan ikinci komandadır. Yalnız “Qarabağ” daha çox – 265 dəfə doğma meydandan qalib ayrılıb.

Qeyd edək ki, “Neftçi”nin Azərbaycan çempionatlarındakı ilk ev qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. “Ağ-qaralar” mayın 8-də Sumqayıtın “Xəzər” klubuna 1:0 hesabı ilə qalib gəliblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!