Neftçi” Peşəkar Futbol Liqasına müraciət edib.
PFL-in rəsmi saytının yaydığı məlumata görə, klub ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun qazonunda yenilənmə işləri aparıldığını əsas gətirərək Topaz Premyer Liqasının 8-ci turunun “Neftçi” – “Səbail” matçının yerinin dəyişdirilməsini istəyib.
“Neftçi”nin müraciətini və “Səbail”ın razılıq məktubunu nəzərə alan PFL oyunun “Dalğa Arena”da keçirilməsinə qərar verib. Qeyd edək ki, oyun oktyabrın 15-də keçiriləcək.
Frame.az