EventsFestivallarMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzinin ” Qəzəllər ” layihəsinin çərçivəsində möhtəşəm Nəsimi axşamı

Martın 27 də Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin  “Qəzəllər” layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin  Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçirilib.

Tədbirin əvvəlində  Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış etdi.

Rafael Hüseynov Azərbaycan Prezidentinin 2019 cu ili İmadəddin  Nəsimi ili elan etməsinin Azərbaycan mədəniyyəti, azərbaycan ədəbiyyatı üçün çox müstəsna əhəmiyyəti olan bir sənəd kimi qiymətləndirdi.

Sonra Rafael Hüseynov deyib: 1920-30-cu illərdə Bakıda vaxtaşırı olaraq Şərq gecələri, Şərq konsertləri təşkil edilərmiş və indi köhnə illərin yadigarı olan afişalara baxarkən həmin axşamları ən seçkin sənətkarların ifalarının bəzəriyinə şahid kəsilirsən.

Asta-asta bu xoş ənənənin də bərpası səmtində işlər görülür.
Bu axşam Muğam Mərkəzində bir ilkə imza atıldı.
Yalnız Nəsimi qəzəllərindən ibarət muğamlar səsləndi.
Cavan xanəndələrimiz Ehtiram Hüseynov, Babək Niftəliyev və Səbuhi İbayevin ifalarından öncə isə mən İmadəddin Nəsimi haqqında düşüncələrimi bölüşdüm.

Tədbiri İctimai Televiziya başdan-sona yazırdı və yəqin ki, yaxın zamanlarda nümayiş də etdirəcək.

Gecədə Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artistlər Səbuhi İbayev Ehtiram Hüseynov, və Babək Niftəliyevin ifasında  “Zabul segah” dəsgahı  səsləndi.

Xanəndələri  Beynəlxalq Muğam Mərkəzinin solistləri, tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rəfael Əsgərzadə, udda Vasif Yusifli, nağarada Amil Mustafayev  müşayiət edirdilər.

Gecə çox böyük maraqla qarşılandı və tamaşaçılar tərəfindən dəfələrlə alqışlandı.
Beynəlxalq Muğam Mərkəzi nəsimi poeziyasına həsr olunmuş digər tədbirlər də hazırlayır. Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi çərçivəsində seminar keçirilməsi də bu tədbirlərdən biri kimi nəzərdə tutulur.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi elmi tədqiqat xarakterli bir sıra layihələr həyata keçirir ki “Qəzəllər” layihəsi də onlardan biridir. İndiyə qədər “Qəzəllər” layihəsi çərçivəsində Əliağa Vahidin, Seyid Əzim Şirvaninin və digər klassik şairlərimizin poeziya nümunələrinə həsr olunmuş tədbirlər keçirib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!