IdmanTəqdimatƏyləncə

Neymarla görüşəcək komandalar artıq bəllidir!

“Red Bull Neymar Jr’s Five” futbol turnirinin Milli Finalı nəticəsində daha bir komanda Qətərdə keçiriləcək Böyük Finala vəsiqə qazandı.

Uzun müddət davam edən Milli seçim oyunlarına qatılan 381 komandadan yalnız qaliblər “Red Bull Neymar Jr’s Five” futbol turnirinin böyük finalında iştirak edə biləcək.

Builki Milli Final isə xüsusən həyəcandolu və rəqabətli keçdi. Bütün iştirakçıların unudulmaz dəqiqələr yaşadığı yarışların nəticəsində “Minionlar” komandası qalib gəldi! Bu qələbələri ilə bütün komanda üzvləri Final yarışlarına qatılmaq və Neymarla görüşmək imkanı qazandılar.

Qeyd edək ki, “Red Bul Neymar Jr’s Five” dünyanın hər yerindən futbol həvəskarlarını birləşdirən ən böyük “beşin beşə” qlobal futbol turniridir. Hər il qatılan ölkə sayının çoxalması turnirin gedərək daha da geniş miqyas almasına səbəb olur. Bu il may ayının 24-ü Qətərdə keçiriləcək Dünya Finalının isə indiyə qədərki ən böyük turnir olacağı gözlənilir. Çünki Finalda builki milli seçmələri qazanan komandalarla yanaşı, ötən ilki ləğv edilmiş Dünya Finalına iştirak haqqı qazananlar da qoşulacaq və unikal bir “Super Final”a şahid olacağıq.

Dünya Finalında Azərbaycanı “Minionlar” komandası ilə yanaşı, ötən ilin qalibləri — “Şirinlər” komandası da təmsil edəcək. Bu isə o deməkdir ki, bəlkə də turnir tarixində ilk dəfə derbi matçına şahid olacağıq. Gözləməyə dəyər həyəcandır!

Ətraflı Məlumat: www.redbullneymarjrsfive.com

Layihənin baş tərəfdaşı: MİSLİ

Digər tərəfdaşlarıAFFA, Sportster

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!